(012) 565 1 565

Beko ilə dəyişim həyəcanı!

15 fevral, 2015

Uğurlu hekayələrin harada başlamasından asılı olmayaraq, onların hər biri daha yaxşıya doğru dəyişməkdən ilhamlanaraq başlayır və bu arzuya səbəb insanlardır. Onlar bizim baxışımızı formalaşdırır, yolumuzu istiqamətləndirir və hədəflərimizə doğru yönəldirlər. Beko inanir ki, hər bir insanın töhvəsinə görə dünya daha yaxşıya doğru dəyişir. Buna görədə ağıllı nəsil hər zaman böyük ilham mənbəyidir. Beko dünya markası olaraq, insanların dəyişən ehtiyacları və həyat tərzlərindən ilhamlanaraq faydalı həllər ilə sonrakı tələbləri qarşılaya bilmək üçün çalışır. Bu ağıllı həllər vasitəsilə sizlərə enerji, su və vaxt qənaəti ilə məhsullar təqdim edilir. Yüksək texnologiya olmasına baxmayaraq həm də məhsulların dizaynını və ölçüsünü sizə uyğun şəkildə inkişaf etdirir. Beko-nun idman üçün sevgisi, idmanı inkişaf etdirmək, onu canladıran inanc gücündən, sırf əyləncə və sevinc yolu ilə irəli gəlir. Ona görədə futbol və basketbol kimi oyunlara dəstək verir.

İdman sahəsi üzrə dünyamiqyaslı layihələri ilə seçilən Beko, Basketbol üzrə qlobal sponsorluğunun ardından daha böyük uğura doğru addımladı. 30 iyun 2014-cü il Barcelona Camp Nou-da  imzalanan müqavilə ilə Beko FC Barcelona-nın  yeni sponsoru oldu. Dünya miqyasında iki markanı birləşdirən bu partnyorluq 4 il davam edəcək. Partyorluq razılaşması üzrə Barcelona-nın futbol və  basketbol komandalarının geyimlərində Beko logosu istifadə olunacaq. "Bir klubdan daha çox" mottosunu mənimsəyən FC Barcelona, eynilə Beko kimi ən yaxşı olmağı hədəfləməklə özünü davamlı inkişaf etdirməyi və insanların həyatını müsbət istiqamətdə dəyişdirməyi qanun etmiş bir futbol klubudur.

Barcelona futbol klubu ilə əməkdaşlıq çərçivəsində növbəti yenilik isə Beko`nun yeni logosunun təqdimatı oldu. Beko daha yaxşıya dəyişim etmək üçün motivasiya olunmuşdur. Yeni loqo ilə daha yaxşıya dəyişim fəlsəfəsinə əsaslanaraq yeni texnologiyalı məhsullar istehsal edir.