(012) 565 1 565

Yeni Beko AquaTech texnologiyası!

02 oktyabr, 2019

Beko gündən-günə inkişaf etdirdiyi ağıllı texnologiyalı məhsulları ilə həm ev işlərini asanlaşdırır, həm də istehlakçılarının daha sağlam və keyfiyyətli bir həyat yaşamaqlarına köməkçi olur.

Bu il Berlində keçirilən 2019 İFA sərgisində yeni məhsullarını nümayiş etdirən Beko sürətli və daha zərif yuma təklif edən AquaTechTM texnologiyalı paltaryuyan maşınını təqdim etdi.

AquaTechTM texnologiyalı paltaryuyan maşını digər standart maşınlarla müqayisədə 50% daha sürətli yuyur. AquaTechTM texnologiyası baraban hərəkətini azaldaraq  30% daha zərif yuyur, yuyucu vasitəsi ilə su yuxarıdan gələn suyun təsiriylə paltarlara nüfuz edərək üstün təmizlik təmin edir. Bu texnologiya səyəsində yuyucu toz paltarlara su ilə qarışıq halda gəldiyi üçün, qısa proqramlarda paltarların üzərində yuyucu toz qalmır. 

İstehlakçılar az vaxt ərzində təmiz yuyan və paltarlara zərər vermədən yuyan paltaryuyan maşınına üstünlük verirlər. Bu iki özəlliyi əsas tutaraq yaradılan Aquatech texnolgiyalı paltaryuyan maşınları əsl istehlakçıların arzuladığı kimidir. Enerjiyə qənaət edərək, sürətli və paltarlara zərər vermədən mükəmməl şəkildə təmiz yuyur.